Ukrayna XİN: “Krım daxil olmaqla, ərazilərimizin işğalını tanımayacağıq”

Ukrayna Xarici İşlər Nazirliyi ölkənin suverenliyi və xarici siyasət prioritetləri ilə bağlı rəsmi mövqeyini açıqlayıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Nazirlikdən verilən bəyanatda vurğulanır ki, Ukrayna heç vaxt öz ərazisinin, o cümlədən Krımın Rusiya tərəfindən işğalını və ilhaqını tanımayacaq.
"Ukraynanın NATO və Avropa İttifaqına üzvlük məsələsində heç bir üçüncü ölkə veto hüququna malik deyil", – deyə açıqlamada qeyd olunub.
Bəyanatda həmçinin Ukraynanın hərbi potensialı ilə bağlı da qəti mövqe bildirilir: “Ukrayna heç vaxt ordusunun və hərbi sənayesinin ixtisarına, eləcə də tərəfdaş ölkələrin hərbi-siyasi dəstəyinin məhdudlaşdırılmasına razı olmayacaq”.
21:33 25.04.2025
Oxunuş sayı: 639