Yeni F-35-lər İsrail ordusuna təhvil verildi

İsrail ordusu ölkənin cənubundakı Nevatim Hava Bazasında 3 ədəd F-35 qırıcı təyyarəsini qəbul etdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında hücumlarını davam etdirən İsrail ordusu 3 ədəd daha F-35 döyüş təyyarəsi alıb. Ordudan yayılan yazılı bəyanatda, təyyarələrin dünən Nevatim Hava Bazasında yerləşdirildiyi bildirilib.
Bu son təhvilatla birlikdə İsrail ordusunun istifadəsindəki F-35 təyyarələrinin sayı 45-ə yüksəlib. ABŞ-nin hər il milyardlarla dollarlıq silah yardımı etdiyi İsrail, ilk olaraq 50 ədəd F-35 sifariş etmişdi. Təl-Əviv rəhbərliyi ötən il buna əlavə olaraq 25 ədəd daha F-35 təyyarəsi sifariş verib.
Digər tərəfdən, İsrailin Fələstinə qarşı hücumlarını uzun müddətdir tənqid edən və Fələstini 28 may tarixində rəsmi olaraq dövlət kimi tanıyan İspaniya hökuməti, İsraildən güllə alışını birtərəfli şəkildə ləğv etdiyini açıqlayıb.
Adı açıqlanmayan hökumət mənbəsi, İspaniya Daxili işlər nazirliyi üçün İsrail şirkətindən silah alınmasına dair müqavilənin birtərəfli şəkildə ləğv edildiyini bildirib.
Nazirlik ötən ilin oktyabr ayında Guardian LTD İsrail şirkətindən 15 milyondan çox 9 mm-lik güllə almaq üçün imzalanmış 6,6 milyon avro (7,53 milyon dollar) dəyərindəki müqaviləni ləğv etdiyini açıqlayıb.
Mədinə Cəlilova
21:19 25.04.2025
Oxunuş sayı: 868