Putin Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Witkoff ilə görüşdü


ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Witkoff bu gün Rusiyanın paytaxtı Moskvada Prezident Vladimir Putinlə bir araya gəlib.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında, “Rusiya Prezidenti Vladimir Putin, Prezident Trampın nümayəndəsi Stiv Witkoffu Kremlində qəbul edir” sözləri ilə görüşü təsdiqləyib.
Bu, Putin və Witkoff arasında son iki həftə ərzində Rusiyada keçirilən ikinci görüş olub. Rusiya dövlət xəbər agentliyi TASS-ın məlumatına görə, görüşün əvvəlində Witkoff Putinə “Necəsiniz, cənab Prezident?” sualını ünvanlayıb. Putin isə əl uzadaraq ingiliscə “Yaxşıyam, çox yaxşıyam. Təşəkkür edirəm. Bəs siz necəsiniz?” cavabını verib. Witkoff “Sizi görmək gözəldir” deyərək qarşılıqlı salamlaşmadan sonra Kremlində danışıqlar masasının arxasına keçiblər.
Qeyd edək ki, Putin və Witkoff son olaraq 11 aprel tarixində Rusiyanın Sankt-Peterburq şəhərində görüşmüşdülər. Təxminən 4,5 saat davam edən həmin görüşdə Ukrayna məsələsinin həlli yolları müzakirə olunmuşdu.
Mədinə Cəlilova
20:52 25.04.2025
Oxunuş sayı: 986