Erməni Baş prokuror: “2024-cü il ərzində Ermənistan Silahlı Qüvvələrində üç minə yaxın hadisə qeydə alınıb”

“2024-cü il ərzində Ermənistan Silahlı Qüvvələrinin və digər qoşunların hərbi hissələrində 2093 hadisə qeydə alınıb”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsinin iclasında Baş prokuror Anna Vardapetyan deyib.
Onun sözlərinə görə, 265 daha az hadisə və ya 11,2 faiz azalma qeydə alınıb.
“2023-cü ildə 2358 hadisə qeydə alınıb”, - deyə erməni Baş prokuror xatırladıb.
Vardapetyan bildirib ki, qeydə alınan hadisələrin 762-si və ya 36,4 faizi bədbəxt hadisələr, 1331-i və ya 63,6 faizi cinayətlər olub, onlardan 715-i və ya 53,7 faizi hərbi, 616-sı və ya 46,3 faizi isə digər cinayətlər olub.
“2024-cü il ərzində Silahlı Qüvvələrdə 27 hərbi qulluqçu xidmətlə bağlı şəraitdə ölüb. Nəzərinizə çatdırım ki, 2023-cü ildə onların sayı iki dəfə çox - 54 olub”, - deyə o əlavə edib.
14:20 25.04.2025
Oxunuş sayı: 664