Rusiya və İran yeni qaz marşrutları üzərində işləməyə hazırdır

Moskvada səfərdə olan İranın neft naziri Möhsün Paknejad İran və Rusiya arasında illik ticarət dövriyyəsinin 5 milyard dollar civarında olduğuna diqqət çəkərək deyib ki, ticarət mübadiləsi potensialı indiki səviyyədən xeyli yüksəkdir.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, o, bildirib ki, neft və qaz yataqları üzrə bir sıra memorandumların tam hüquqlu müqavilələrə çevrilməsi və yekunlaşdırılması məqsədilə danışıqlar aparılır.
Paknejad və Rusiya Baş nazirinin müavini Aleksandr Novak danışıqlar zamanı Rusiyadan İrana yeni quru qaz dəhlizlərinin yaradılması üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər. Tərəflər OPEC+ sazişi çərçivəsində və GECF platformasında ölkələrin uğurlu qarşılıqlı fəaliyyətini də qeyd ediblər.
14:12 25.04.2025
Oxunuş sayı: 758