Katolik Kilsəsinin qeyri-adi lideri

Katolik Kilsəsinin lideri Papa Fransis, "soyqırımı" sözünü istifadə edərkən Türkiyə ilə Vatikan arasında diplomatik böhran yaşanıb. Bu sözlər Türkiyə hökumətinin sərt reaksiyasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC News yazıb.
Papanın ifadələri belə idi: "İnsanlıq keçən əsrdə bənzərsiz üç böyük faciə yaşadı: Birincisi, ümumiyyətlə “XX əsrin ilk soyqırımı” kimi qəbul edilən faciədir. Bu, Katolik və Ortodoks Süryanilər, Asurilər, Keldanilər və Rumlarla birlikdə ilk xristian milləti olan siz erməni xalqını vurdu. Piskoposlar, rahiblər, din xadimləri, qadınlar, kişilər, yaşlılar və hətta müdafiəsiz uşaqlar və xəstələr belə öldürüldü.
Digər iki faciə isə Nasizm və Stalinizm tərəfindən həyata keçirildi. Və son zamanlarda Kamboca, Ruanda, Burundi və Bosnada baş verən digər kütləvi qırğınlar... Görünür ki, insanlıq ailəsi terror qanununun gətirdiyi səhvlərdən dərs almağa imtina edir; və bu gün belə, bəzilərinin yardımı ilə, bəzilərinin də işbirlikçi səssizliyi ilə öz növünü məhv etməyə çalışanlar var".
Bu ifadələrdən sonra Türkiyə, Vatikan səfirini geri çəkdi. Diplomatik cəhdlər nəticəsində, səfir on ay sonra vəzifəsinə qayıda bildi.
Türkiyə 1915-ci ildə ermənilərin öldürülməsini qəbul etsə də, müharibə şəraitində hər qrupdan insanların öldüyünü və baş verənlərin "soyqırımı" kimi xarakterizə edilə bilməyəcəyini müdafiə edir.
Qeyd edək ki, Papa irəliləyən illərdə "soyqırımı" sözünü fərqli kontekstlərdə də istifadə etdi. Bunlardan biri Kanadada XX əsrin sonlarına qədər yerli xalqın uşaqlarının assimilyasiya edilməsi məsələsi idi. 2022-ci ilin iyul ayında Kanadaya etdiyi səfərdə Papa buna görə üzr istədi və yaşananları "soyqırımı" olaraq təsvir etdi.
Katolik Kilsəsinin 266-cı papası Fransisk 17 Dekabr 1936-cı ildə Argentinanın paytaxtı Buenos Ayresdə doğulub. İtaliya kökenli bir ailədən gələn Bergoglio'nun atası Mario dəmir yolu mühasibəsi işləyirdi. Anası Regina Sivori isə ev işləri və beş uşaqla məşğul olurdu. Jorge Mario Bergoglio, kimya texniki təhsili aldıqdan sonra ruhban məktəbinə girdi. Şili və Arjantində humanitar elm və fəlsəfə təhsili aldıktan sonra, liseylərdə ədəbiyyat və psixologiya müəllimi olaraq çalışdı. 1967-1970-ci illər arasında teologiya təhsili aldı. 1969-cu ildə rahib olaraq təyin edildi. 1973-cü ildə Cizvit cəmiyyətinin Arjantin lideri oldu və bu vəzifəni altı il boyunca icra etdi.
Bu illər Arjantində 1976-cı ildə baş verən hərbi çevriliş və sonrasındakı hərbi rejim dövrünə təsadüf edirdi
2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Papa ilk günlərdə Moskvanı açıq şəkildə tənqid etmədi və diplomatik təşəbbüsləri davam etdirmək üçün bir açıq qapı qoymağı seçdi. Lakin daha sonra Moskva və müharibəni dəstəkləyən Rus kilsəsinə qarşı daha sərt tənqidlər irəli sürdü.
İsrail-Filistin məsələsində isə balans tutmağa çalışarkən, Qəzzədəki hadisələri "soyqırımı" olaraq xarakterizə etdi və dəfələrlə atəşkəs çağırışları etdi.
Papa Fransis bu vəzifəyə gəldikdən bəri dünyanın müxtəlif yerlərində baş verən müharibələri "parça-parça Üçüncü Dünya Müharibəsi" olaraq qiymətləndirib. Hər dəfə müharibələr haqqında danışarkən, "Müharibələrin arxasında silah ticarəti var" vurğusunu edib.
2013-cü ilin martında katolik kilsəsinin lideri olaraq ilk balkon çıxışını etdikdə, papalıq dövrünə damğa vuracaq əsas amillərin ilk işarələri də görünməyə başladı.
Papa Fransis 2024-cü ildə yayımlanan bir söhbət kitabında "Vatikan, Avropadakı son mütləq monarxiyadır və burada saray manevrləri tez-tez baş verir. Bu system, nəhayət, tərk edilməlidir" deyib.
Xumar Emilqızı
19:22 22.04.2025
Oxunuş sayı: 916