Neftçala və Tovuzda ağaclar qanunsuz kəsilib, təbiətə 28 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik
Xidməti mçəlumat yayıb. Məlumata görə, araşdırma zamanı Neftçala rayonunun
Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində
yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış
materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
19:25 22.08.2025
Oxunuş sayı: 1277