Məlumat sızmasına görə daha bir Pentaqon rəsmisi vəzifəsindən azad edilib

ABŞ Müdafiə Nazirliyi Pentaqonun daha bir rəsmisi Ukrayna ilə bağlı məlumatlar da daxil olmaqla məxfi məlumatların sızması ilə bağlı aparılan təhqiqatla bağlı vəzifəsindən kənarlaşdırıb.
Crossmedia.az xəbər verir ki , bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, müdafiə nazirinin müavininin aparat rəhbəri Kolin Kerroll məzuniyyətə göndərilib.
Qəzet bundan əvvəl də həmin təhqiqatla bağlı Pentaqon katibinin aparat rəhbərinin müavini Darin Selnikin və müdafiə nazirinin müşaviri Den Kolduelin xidmətdən kənarlaşdırıldığını yazmışdı.
11:20 17.04.2025
Oxunuş sayı: 1112