Bu ölkədə fövqəladə vəziyyət elan edilib

Kolumbiya hökuməti sarı qızdırma xəstəliyinin yayılması ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi elan edib.
Crossmedia.az xəbər verir ki, bunu səhiyyə naziri Gilyermo Alfonso “Senal Colombia” telekanalının efirində bildirib.
"Hökumət ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edir", - nazir bildirib.
O qeyd edib ki, Kolumbiyada 74 yoluxma halı qeydə alınıb, onlardan 34-ü ölümlə nəticələnib.
10:20 17.04.2025
Oxunuş sayı: 1097