Tramp Ukraynaya 50 milyard dollarlıq silah satışından imtina edir

ABŞ prezidenti Donald Trampın komandası Ukraynaya 50 milyard dollar dəyərində silah satışını, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərinin tədarükünü nəzərdə tutan sazişdə maraqlı deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə BİLD nəşri məlumat yayıb. Bildirilir ki, bu qərar hətta satışın ödənişli şəkildə həyata keçirilməsi halında belə qüvvədə qalır. Qərar Ukraynanın hava hücumundan müdafiə vasitələrinə kritik ehtiyac fonunda baş verir.
Fatimə Məmmədova
10:01 17.04.2025
Oxunuş sayı: 1145