Məktəbə silahlı hücum: Yaralılar var

ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşən orta məktəblərdən birində silahlı insident baş verib.
Crossmedia.az CBS News-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, atışma nəticəsində azı dörd nəfər xəsarət alıb.
Bildirilib ki, Dallas polisi məktəbdə baş verən silahlı insidentlə bağlı araşdırmalara başlayıb və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Rəsmi qurumların açıqlamasına əsasən, yaralıların vəziyyəti barədə ətraflı məlumat verilməyib. Hücum edən şəxsin kimliyi hələlik açıqlanmayıb. Onun saxlanılıb-saxlanılmadığı da məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aybəniz Səfərova
22:12 16.04.2025
Oxunuş sayı: 1201