Trampdan Çinə qarşı yeni vergi planı: Rüsumlar 245%-ə çata bilər

Ağ Ev son açıqlamasında ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Çindən idxal olunan məhsullara qarşı gömrük vergilərinin 245%-ə qədər yüksəldilə biləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, açıqlamaya görə, Tramp administrasiyası bu addımı ABŞ-nin ən böyük ticarət kəsiri yaşadığı ölkələrə qarşı “bərabər şərtlər yaratmaq və milli təhlükəsizliyi qorumaq” məqsədilə atır. ABŞ-nin gömrük siyasəti ilə bağlı 75-dən çox ölkə Vaşinqtonla danışıqlara hazır olduğunu bildirib.
Qeyd olunub ki, bəzi ölkələrə fərdi tariflər müvəqqəti dayandırılsa da, gömrük vergilərinə qarşılıq verən Çin istisna təşkil edir. Ağ Evdən verilən məlumata görə, “misilləmə tədbirlərinə cavab olaraq Çin hazırda ABŞ mallarına qarşı 245%-ə çatan gömrük vergiləri ilə üzləşə bilər”.
Xatırladaq ki, apreldə Tramp Çin mallarına tətbiq edilən gömrük rüsumlarını 84%-dən 125%-ə qaldırmış, əvvəlki 20%-lik tariflərlə birlikdə ümumi vergi yükü 145%-ə çatmışdı. Çin isə cavab olaraq ABŞ mallarına tətbiq etdiyi rüsumları eyni səviyyəyə qaldırmış və digər ölkələri ABŞ-nin ticarət siyasətinə qarşı çıxmağa təşviq etmək üçün diplomatik kampaniya başladıb.
Mədinə Cəlilova
21:30 16.04.2025
Oxunuş sayı: 1167