Suriya çevriliş cəhdinin qarşısını aldığını açıqlayıb

Suriya Daxili İşlər naziri Anas Xəttab bildirib ki, ölkənin kəşfiyyat xidmətləri keçmiş Suriya Ərəb Ordusunun üzvləri tərəfindən planlaşdırılan çevriliş cəhdinin qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, nazirin sözlərinə görə, hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb və şübhəli şəxslər nəzarətə götürülüb.
Hadisənin təfərrüatları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Mədinə Cəlilova
21:19 16.04.2025
Oxunuş sayı: 1326