Çexiyada doğum nisbəti tarixi minimuma düşüb

Çexiya müstəqillik qazandığı gündən bəri ən aşağı doğum səviyyəsini yaşayır. Rəsmi məlumatlara görə, ötən il ölkədə cəmi 84 mindən bir qədər çox uşaq dünyaya gəlib.
Crossmedia.az xəbər verir ki, SYRI İnstitutunun araşdırmasına əsasən, doğum sayındakı kəskin azalma 2022-ci ildən etibarən müşahidə olunur. Mütəxəssislər bu tendensiyanı sosial, iqtisadi və mədəni amillərin kompleks təsiri ilə izah edirlər. Pandemiya bu prosesi sürətləndirsə də, əsas səbəb kimi göstərilmir.
Mədinə Cəlilova
20:25 16.04.2025
Oxunuş sayı: 1658