Millət vəkili: “Urmu gölünü məhv etdik”

İSNA agentliyinin məlumatına görə, İran parlamentində Urmiya şəhərinin nümayəndəsi Şəhin Cahangiri prezident Məsud Pezeşkiana ünvanladığı məktubda Urmu gölünün acınacaqlı vəziyyətinə etiraz edib.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, Millət vəkili bildirib: “Biz Urmu gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlər inşa etməklə məhv etdik. Urmu gölü fəlakətindən hələ də heç bir ibrət dərsi almadıqsa, heç olmasa bu gün təbiətin, insanların səsinə qulaq asaq!”
Cahangiri məktubunda gölün quruması ilə bağlı məsuliyyət daşıyanları tənqid edib və problemin həlli yollarına dair təkliflərini də diqqətə çatdırıb.
Mədinə Cəlilova
20:12 16.04.2025
Oxunuş sayı: 1315