Kreml: “Moskva İranın nüvə probleminin həllinə kömək etməyə hazırdır”

Omanda İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu ərəfəsində Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Peskovun açıqlamasına görə, Moskva İranın nüvə problemi ilə bağlı siyasi həll yollarının tapılması üçün hər cür kömək göstərməyə hazırdır:
“Bizdən nə istənilirsə, onu etməyə hazırıq. Biz danışıqların ikinci raundunun İran və ABŞ-nin planlaşdırdığı kimi baş tutacağını gözləyirik”.
Onun sözlərinə görə, Çin və Rusiyanın mümkün razılaşmada zəmanətçi rolunda çıxış etməsi Tehran-Vaşinqton danışıqlarının nəticəsindən asılı olacaq.
Mədinə Cəlilova
18:36 16.04.2025
Oxunuş sayı: 1111