Rusiya hərbi komandanlığında yaxın zamanlarda dəyişiklik ola bilər

Baş qərargahda son aylar yeni bir sıra təyinatlar olub.
Bu barədə Crossmedia.az Rusiya KİV-nə istinadən məlumat verir.
Son illərin əsas yüksələn siması isə Kadırovların əsas düşməni, İnquşetiyanın sabiq rəhbəri, Ordu generalı Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurovdur.
Bir neçə gün öncə yeni qərarla Yevkurov Rusiya Silahlı Qüvvələri Baş qərargahının strateji əməliyyat planlaşdırması və döyüş strategiyası idarəsinin yeni rəisi təyin edilib. Bu Yevkurov üçün çox önəmli yüksəlişdir.
O hal-hazırda Gerasimova qarşı əsas əks çəki yaradan generaldır. Onun adı yeni baş qərargah rəisliyinə namizədi kimi hallanıb.
18:15 16.04.2025
Oxunuş sayı: 1131