KİV: Rusiya Ermənistanla Azərbaycan arasında gərginlikdən istifadə edir

Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətnində razılığa gəlsələr də, sənəd hələ də imzalanmayıb. Tərəflər arasında əsas məsələlər üzrə fikir ayrılıqları qalmaqda davam edir. Ekspertlər isə bu vəziyyətdən Rusiyanın bölgədəki təsirini gücləndirmək üçün istifadə edə biləcəyindən narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat verib.
Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin tez bir zamanda imzalanmasını istəyir.
Fatimə Məmmədova
14:33 16.04.2025
Oxunuş sayı: 1160