Trampdan Çinlə ticarətə yeni cəbhə: 70-dən çox ölkəyə çağırış

Tramp 70-dən çox ölkəni rüsumların azaldılması müqabilində Çinlə əməkdaşlığı məhdudlaşdırmağa inandırmağı planlaşdırır.
Crossmedia.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, belə bir addım Çini daha zəif mövqedə danışıqlar masasına oturmağa məcbur etmək üçün zəruridir. Tərəfdaşlardan Çinə öz ölkələri vasitəsilə mal tədarükünü qadağan etmələri, Çin şirkətlərinin öz ərazilərində yerləşmə hüququndan imtina etmələri və Çindən ucuz sənaye malları almamaları istəniləcək.
Məqalədə deyilir ki, belə bir planı maliyyə naziri Skott Bessent təklif edib və tədbirlərin ciddiliyi ilə bağlı müzakirələr hələ də davam etsə də, bir çox məmurlar nazirin ideyasını dəstəkləyir.
13:30 16.04.2025
Oxunuş sayı: 1143