BMT İsraili humanitar yardımı bloklamaqda və beynəlxalq hüququ pozmaqda ittiham etdi

BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirilən mətbuat konfransında Qəzza zolağında faciəvi humanitar vəziyyət barədə xəbərdarlıq edib. Crossmedia.az qeyd edib ki,o bildirib ki, son 18 ayda davam edən münaqişə nəticəsində vəziyyət ən pis həddə çatıb.
BMT-nin məlumatına görə, İsrail ordusu son günlərdə Qəzza ərazisinə hücumları intensivləşdirib. Bu isə mülki əhali arasında itkilərin artmasına və həyati əhəmiyyət daşıyan infrastrukturların daha da dağıdılmasına səbəb olub.
Düjarrik qeyd edib ki, hücumlar nəticəsində Qəzza şəhərində yerləşən BMT-yə məxsus anbarlar və humanitar yardımın paylanma mərkəzləri də zərər görüb. Bu obyektlərdə mülki əhali üçün nəzərdə tutulmuş ərzaq məhsulları saxlanılırdı.
Qeyd edək ki,BMT rəsmisi İsrailin humanitar yardımları əngəlləməsini və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyib.
Fidan Xəlilova
12:40 16.04.2025
Oxunuş sayı: 883