Ərdoğan: Müstəqillik yolunda lazım olsa başımızı verərik

"Gərginliyin artdığı və davamlı olaraq yeni böhranların ortaya çıxdığı bir dövrdə Türkiyə ədaləti, sülhü və diplomatiyanı ön planda tutmağa davam edəcək".
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğan deyib. "Müxalifət korrupsiya araşdırmalarını ört-basdır etmək üçün Qərbə yalvarsa da, biz Türkiyənin nüfuzunu qlobal miqyasda yüksəltməyə çalışırıq.
Türkiyə sərhədləri sınana bilən, dostluğu və ya düşmənçiliyi sınana bilən bir ölkə deyil. Müstəqillik yolunda lazım olsa başımızı verərik, amma zalımın qarşısında heç vaxt əyilməyəcəyik. Bizim soyuqqanlı münasibətimiz heç vaxt zəiflik kimi qəbul edilməməlidir".
12:10 16.04.2025
Oxunuş sayı: 852