Rusiya İranın uranını qəbul edib-etməyəcəyinə münasibət bildirməyib

Kreml Rusiyanın, Tehran-Vaşinqton danışıqlarının nəticəsi kimi, İranın zənginləşdirilmiş uranını qəbul edib-etməyəcəyini şərh etməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
“The Guardian” daha əvvəl bildirib ki, Tehran Vaşinqtonla razılaşmanın bir hissəsi olaraq zənginləşdirilmiş uran ehtiyatını Rusiya kimi üçüncü ölkəyə ötürmək təklifinə qarşı çıxacaq.
11:35 16.04.2025
Oxunuş sayı: 769