Tramp: “İranla bağlı qərarımızı tezliklə verəcəyik”

ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə müsahibəsində bildirib ki, “İranla bağlı bir qrup müşavir və şəxslərlə görüşüb və tezliklə bu məsələ ilə bağlı qərar verəcək”.
Crossmedia.az bu barədə “Eco Iran” saytına istinadən xəbər verir.
Məlumata görə, Tramp bu qərarla bağlı əlavə açıqlama verməyib. Bildirilib ki, ABŞ prezidentinin bu sözləri Tehran və Vaşinqtonun Oman danışıqlarını müsbət və konstruktiv qiymətləndirməsindən sonraya təsadüf edir.
15:35 14.04.2025
Oxunuş sayı: 1134