BAEA-nın baş direktoru şənbə günündən öncə Tehrana gələcək

Dünən “The Wall Street Journal”ın müxbiri Lourens Norman tvitində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin tezliklə Tehrana səfər edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Norman bu barədə öz tvitində yazıb: “BAEA-nın baş direktoru Rafael Qrossi Tehran və Vaşinqton arasında danışıqların növbəti raundu öncəsi bu həftə Tehrana yollanacaq”.
10:40 14.04.2025
Oxunuş sayı: 942