Rusiya və Ukrayna nümayəndələri arasında görüş olacaq

Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.
Crossmedia.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər Ankarada bir araya gələcəklər.
Görüş çərçivəsində Qara dənizin təhlükəsizliyinin müzakirə olunacağı gözlənilir.
Nümayəndə heyətinə kimlərin rəhbərlik edəcəyi məlum deyil.
16:31 13.04.2025
Oxunuş sayı: 1656