MOSSAD rəsmisi: “İsrail Qərbin İranın tələsinə düşməsinə imkan verməməlidir”

İsrail kəşfiyyat xidməti MOSSAD-ın Terrorla Mübarizə Departamentinin sabiq rəhbəri Oded Ailam Qərbin İranla bağlı siyasətinə dair xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Ailamın sözlərinə görə, İran ABŞ ilə danışıqlar apardığı müddətdə gizli şəkildə uranı zənginləşdirmək üçün avadanlıqlar istehsal etməyə, zənginləşdirmə prosesini sürətləndirməyə və ballistik raket proqramını inkişaf etdirməyə davam edə bilər.
“İsrail Qərbin İranın tələsinə düşməsinə imkan verməməlidir”,- deyə o vurğulayıb.
Mədinə Cəlilova
15:42 13.04.2025
Oxunuş sayı: 2220