ABŞ və İran arasında sanksiyalarla bağlı gizli danışıqlar aparılıb

12 aprel tarixində Omanın paytaxtı Müsqatda keçirilən dolayı danışıqlarda İran, nüvə proqramını məhdudlaşdırmaq əvəzində ABŞ sanksiyalarının yumşaldılmasına çalışıb.
Crossmedia.az xəbər verir ki, The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, İran iqtisadiyyata ciddi zərər vuran sanksiyaların ləğvini və xaricdə dondurulmuş milyardlarla dollar vəsaitə çıxış əldə etməyi tələb edib. Tələb olunan başqa bir məsələ isə ABŞ-ın Çinli şirkətlərə İran neftinin idxalına görə təzyiqlərə son qoyması olub.
Əvəzində İran, 2015-ci il nüvə sazişində nəzərdə tutulan uran zənginləşdirmə parametrlərinə qayıtmağa hazır olduğunu bildirib. ABŞ-ın sabiq prezidenti Donald Tramp danışıqların ilk mərhələsini şərh edərək, prosesin uğurla davam etdiyini qeyd edib. Növbəti görüşün 19 aprel tarixində yenidən Omanda keçirilməsi planlaşdırılır.
Zəhra Ağayeva
15:26 13.04.2025
Oxunuş sayı: 1692