Tramp: İranla nüvə danışıqları uğurla davam edir

ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə sazişi üzrə danışıqların uğurla davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Air Force One” təyyarəsində jurnalistlərə verdiyi açıqlamada Tramp danışıqların gedişatından razı olduğunu vurğulayıb: “Bunu həyata keçirmədən heç bir şeyin əhəmiyyəti yoxdur. Ona görə də bu barədə danışmaq istəmirəm. Amma hər şey qaydasındadır. Məncə, İranın vəziyyəti olduqca yaxşı gedir,” – deyə o qeyd edib.
Mədinə Cəlilova
15:10 13.04.2025
Oxunuş sayı: 1350