Türkiyə Liviyada hərbi nüfuzunu gücləndirir

Türkiyə və Liviya Milli Ordusu (LMO) – Xəlifə Həftərin oğlu Saddam Həftərin rəhbərliyi altında hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu saziş silah və PUA (pilotsuz uçuş aparatı) tədarükünü, birgə təlimləri, şəxsi heyətin hazırlığını və hərbi infrastrukturun inkişafını əhatə edir. Türkiyə donanması Liviyanın şərq sahillərində təlimlər keçirməyi planlaşdırır, sazişin rəsmi imzalanma mərasimi isə Benqazidə nəzərdə tutulub.
Həmçinin bildirilir ki, Türkiyə ölkənin cənub-qərbində yerləşən Qat şəhərində hərbi baza yaratmaq niyyətindədir; türkiyəli nümayəndə heyəti artıq iki hava limanına baxış keçirib.
İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi fonunda “Turkish Airlines” 10 ildən sonra ilk dəfə Benqaziyə reyslərini bərpa edib. Bu addımlar Ankaranın Liviyadakı artan nüfuzuna və ölkənin şərq və qərb bölgələri arasında mümkün yaxınlaşmaya işarə edir.
Zəhra Məmmədova
14:38 13.04.2025
Oxunuş sayı: 1449