Trampla Mask arasında gərginlik: “Ona ehtiyacım yoxdur”

ABŞ Prezidenti Donald Tramp ilə Tesla və SpaceX-in rəhbəri İlon Mask arasında fikir ayrılığı yaşanıb. Tramp son açıqlamasında Maskın fəaliyyətlərini təqdir etsə də, ona ehtiyac duymadığını açıq şəkildə ifadə edib:
“İlon əla iş görüb. Amma mənim ona ehtiyacım yoxdur, sadəcə sevirəm, bu qədər", – deyə Tramp bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Halk TV məlumat verib.
Xatırladaq ki, Mask bir müddət əvvəl Tramp administrasiyasında “Hökumət Effektivliyi Nazirliyi” (DOGE) adlı qurumun rəhbərliyini üzərinə götürmüşdü. Bu nazirliyin məqsədi hökumət xərclərini azaltmaq və israfın qarşısını almaq idi.
Mask, həmçinin Trampın prezident seçilməsində mühüm rol oynamış, həm maddi dəstək vermiş, həm də seçki kampaniyasında fəal iştirak edib.
Lakin son vaxtlar Tramp və Maskın yollarını ayıracağı ilə bağlı şayiələr gündəmdədir.
Xarici mənbələrə görə, Tramp öz məsləhətçilərinə bildirib ki, Mask yaxın günlərdə DOGE rəhbərliyindən istefa verəcək və daha dəstəkçi bir rola keçəcək. Mask bunu təsdiqləyib.
Vurğulayaq ki, Mask son zamanlar ictimaiyyət qarşısına az çıxır və Ağ Ev tədbirlərində iştirak etmir. Bu da onun hökumətdəki vəzifəsinə davam edib-etməyəcəyi ilə bağlı suallar doğurub.
Tramp Maskın hökumətdən xüsusi imtiyazlar əldə etməsi barədə iddiaları da rədd edib.
“Onun maşınına ehtiyacım yoxdur”, - deyə Tramp bildirib və Tesla avtomobilini sadəcə dəstək məqsədilə aldığını qeyd edib.
Fatimə Məmmədova
14:22 13.04.2025
Oxunuş sayı: 1711