Rusiya və İranın maraqları Sudanda üst-üstə düşür

Son günlərdə Sudanın Silahlı Qüvvələrinin nəzarəti yenidən ələ keçirdiyi Port Sudana iki yük təyyarəsi Həştərxandan gələn “İl-76” və SEPAH-a bağlı “Boeing-747” eniş edib. Hər iki təyyarənin əvvəldən hərbi texnika daşınması üçün istifadə olunduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Rusiyadan gətirilən ehtiyat hissələri Sudan ordusunun təmirə ehtiyacı olan aviasiya vasitələrinə yönəlib. İran tərəfi isə ölkəyə “Mohajer-6” tipli hücum PUA-ları göndərib.
Sudan Ordusu müəyyən irəliləyiş əldə etsə də, bəzi bölmələrdə tənəzzül müşahidə olunur. Aviasiya sahəsində isə ciddi texniki problemlər yaşanır. Üsyançı qüvvələrin PUA hücumları nəticəsində köhnə və sıradan çıxmış təyyarələr təcili təmirə ehtiyac duyur.
Baş verənlər fonunda Sudan Rusiya və İranın regional maraqlarının kəsişdiyi nöqtəyə çevrilir. Eyni zamanda, Londonda üsyançıların təşkil etdiyi qarşıdan gələn konfrans Rusiya-Britaniya qarşıdurmasının regionda yeni mərhələyə keçəcəyini göstərir.
Mədinə Cəlilova
14:05 13.04.2025
Oxunuş sayı: 1499