Rubinyan və Kılıç Antalyada Ermənistan-Türkiyə münasibətlərini müzakirə ediblər

Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç Antalyada keçirilən Diplomatik Forum çərçivəsində görüş keçiriblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rubinyan sosial şəbəkə “X”dəki səhifəsində yazıb.
“Diplomatik Forum çərçivəsində Serdar Kılıç ilə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı yaxşı bir müzakirə apardıq” – deyə o bildirib.
Zəhra Məmmədova
19:05 11.04.2025
Oxunuş sayı: 1372