Ərdoğan: Türkiyənin ətrafında barış və təhlükəsizlik qurşağı yaratmağa çalışırıq

Savaşların, ölümlərin acısını ürəyində daşıyan bütün məzlumları salamlayır, onlara dəstək mesajlarımızı göndərirəm.
Crossmedia.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, 3 gün davam edəcək Forumun dünya, xüsusən, məzlumlar üçün faydalı olmasını arzulayır: “Savaşların əvəzində diplomatiyaya üstünlük verdiyimizi bu gün bir daha bu Forumdan elan edirik. Qlobal diplomatiyanın qəlbi 3 gün Antalyada döyünəcək”.
Rəcəb Tayyib Ərdoğan deyib ki, döyüşən tərəflər arasında dialoq körpüsü olmaqla Türkiyənin ətrafında barış və təhlükəsizlik qurşağı yaratmağa çalışırlar: “Biz artıq qarşıdurmanın deyil, barışın, rifahın olduğu bir dünyada yaşamaq, övladlarımıza belə bir dünya qoymaq istəyirik. Qlobal vicdan və ədaləti ən çox yaralayan məsələlərin başında Fələstindəki, Qəzzadakı zülum gəlir”.
İsraili tənqid edən Türkiyə Prezidenti deyib ki, Qəzzada baş verənlərə qarşı səsimizi ucaltmaq sadəcə, qardaşlıq deyil, insanlıq vəzifəmizdir.
17:07 11.04.2025
Oxunuş sayı: 1095