İstanbulda yanğın baş verib

İstanbulun İkitelli səmtində kimyəvi maddələr anbarında yanğın baş verib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın ərazidə dayanan avtomobilləri də əhatə edib.
Hazırda yanğının söndürülməsi və ərazidəki yanacaqdoldurma məntəqəsinə və təbii qaz çənlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yanğının sürətlə yayılması ilə əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.
Çinarə Tarverdiyeva
16:00 11.04.2025
Oxunuş sayı: 1466