Tanınmış erməni baş redaktor İrəvanı təhdid etdi

“Bu halda Ermənistan sadəcə olaraq mövcud olmayacaq”.
“Əgər, Allah eləməsin, Rusiya ilə Ermənistan arasında qeyri-dost münasibətləri yaranarsa, Rusiya bundan çox üzüləcək”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Russia Today” və “Sputnik” media qrupunun erməni baş redaktoru Marqarita Simonyan “Avrasiya: Ənənəvi dəyərlər ərazisi” forumunda deyib.
“Ermənistan isə çox güman ki, sadəcə olaraq mövcud olmayacaq. Dəhşət də bundadır”, - deyə o əlavə edib.
15:28 11.04.2025
Oxunuş sayı: 1497