Rusiya və Türkiyə XİN rəhbərləri Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Antalyadakı diplomatik forum çərçivəsində danışıqlar aparacaqlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin diplomatik qurumundakı mənbə bildirib.
Danışıqların şənbə günü keçiriləcəyi gözlənilir. Mənbənin sözlərinə görə, nazirlərin ikitərəfli münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Suriya və Qəzza sektorundakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.
13:43 11.04.2025
Oxunuş sayı: 1255