Greenpeace, ABŞ səfirliyinə qarşı protesto həyata keçirdi

İngiltərədə Greenpeace fəalları, ABŞ-nın İsrailə silah satışını protesto etmək məqsədilə ABŞ-nın Londra Səfirliyi qarşısındakı hovuza qan qırmızı boya atıblar.
Ekoloji təşkilat Greenpeace İngiltərə, verdiyi açıqlamada, 12 fəalın ABŞ-nin İsrailə silah satışının Qəzzada yaratdığı ölüm və dağıntılara diqqət çəkmək məqsədilə ABŞ səfirliyini qismən əhatə edən hovuza 300 litr qan qırmızı boya atdıqlarını bildirib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, açıqlamada, "Greenpeace İngiltərə, ABŞ və İngiltərə hökumətlərini İsrailə silah satışını dərhal dayandırmağa çağırır" ifadəsi istifadə edilib.
Açıqlamada həmçinin, İngiltərənin İsrailə verdiyi hərbi dəstək səbəbindən Qəzzadakı soyqırımın cinayət ortağı olduğu vurğulanıb.
6 fəal saxlanılıb.
London Metropolitan Polisindən verilən açıqlamaya görə, fəalların Qəzzadakı soyqırıma diqqət çəkmək üçün təşkil etdikləri protestinin ardından 6 nəfər "mala ziyan vurmaq" və "bu cür hərəkətlərə təşviq etmək" şübhəsi ilə saxlanılıb.
ABŞ-nin Londra Səfirliyi nümayəndəsi isə verdiyi açıqlamada, protestonun sahədəki 1,5 milyon qallonluq su qaynağına ziyan verdiyini və yerli ətraf mühit mənbəyinin israf edildiyini iddia edib.
Buna qarşı, ekoloji təşkilat istifadə edilən boyanın toksik olmadığını, bioloji olaraq parçalanabilən və insan, vəhşi həyat və ya ətraf mühit üçün hər hansı bir risk yaratmayan qida sinfi hovuz boyası olduğunu bildirib.
Təşkilat, fəalların saxlanılmasına etiraz edərək, bunun "İngiltərədə protest hüququna hücumun bir başqa sübutu" olduğunu qeyd edib.
Pərvin Hacıyeva
14:11 11.04.2025
Oxunuş sayı: 1465