Rusiya: "London və Parisin Ukraynaya "zəmanət qüvvələri" planı xarici müdaxiləyə hazırlıqdır"

️Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polisçuk RİA Novosti-yə bildirib ki, London və Paris arasında Ukraynaya “zəmanət qüvvələrinin” göndərilməsi ilə bağlı müzakirələr xarici müdaxiləyə hazırlıqdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2014-2022-ci illərdə Ukraynada ATƏT-in psevdo-sülhməramlı qüvvələrinin mənfi imicini xatırladıb, o zaman missiyanın heyəti “Minsk razılaşmalarının yerinə yetirilməsinə nəzarət etməli idi, lakin əslində onlar münaqişə tərəflərindən birinin xeyrinə işləyir, Kiyevin xeyrinə hesabatları saxtalaşdıraraq, Luqansk və Donetskə qarşı kəşfiyyat fəaliyyəti aparırdılar”.
12:35 11.04.2025
Oxunuş sayı: 1309