ABŞ-Çin ticarət savaşı: Pekin bu dəfə daha hazırlıqlıdır

Qərb, o cümlədən ABŞ üçün pis xəbər odur ki, bu dəfə Çin daha hazırlıqlıdır. Bir tərəfdə siyasət kursunu tez-tez dəyişən xaotik ABŞ administrasiyası, digər tərəfdə isə geri çəkilməyən, sərt mövqe sərgiləyən avtoritar Çin hökuməti var. ABŞ prezidenti Donald Trampın ilk prezidentliyi dövründə Çin qeyri-adi liderə və onun tarif siyasətinə qarşı necə reaksiya verəcəyini bilmirdi. Bu dəfə isə Çin diplomatlarının ritorikası daha açıq və sərtdir: “Biz hazırıq bu mübarizəyə tam hazırıq” mesajı verilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky nuys” məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və Çin uzun illərdir həm qarşılıqlı asılılıq, həm də gərginlik fonunda inkişaf edən münasibətlərə malikdir.
Xatırladaq ki, 1990-cı illərdə Çinə əlverişli ticarət imkanları yaradılıb. Lakin bu gün Pekin insan hüquqları pozuntuları ilə gündəmdədir – Honq Konqda azadlıqların məhdudlaşdırılması, Sincanda uyğur türklərinə qarşı həyata keçirilən və bir çox beynəlxalq təşkilat tərəfindən soyqırım kimi qiymətləndirilən siyasət, eləcə də Tayvana qarşı artan təzyiqlər bu ittihamların əsasını təşkil edir.
Digər tərəfdən, ABŞ də öz imicinə ciddi zərbə vurub. Artıq o, sabitlik, yaxşı idarəetmə və rasional siyasətin nümunəsi kimi qəbul edilmir. Uzanacaq ticarət müharibəsində Tramp bu dəfə qarşısında daha planlı və qətiyyətli bir rəqib görür.
Çin bir sıra sənaye sahələrini digər ölkələrə köçürərək tariflərdən yayınmağa çalışıb. Bununla yanaşı, dövlətin suveren sərvət fondu vasitəsilə bu həftə səhm bazarlarında yaşanan enişə müdaxilə edilib və vəziyyət sabitləşdirilməyə çalışılıb.
Ekspertlər bildirirlər ki, Çinin zəif cəhətləri də az deyil – demoqrafik böhran, zəif iqtisadi dinamika və ictimai narazılıq artmaqdadır. Lakin ölkənin ən böyük üstünlüyü ağrılara dözmək bacarığıdır. Onlar inanırlar ki, dünyanın yeni çoxqütblü düzənində liderliyə iddialıdırlar və bu fürsəti əldən vermək istəmirlər.
Fatimə Məmmədova
22:30 10.04.2025
Oxunuş sayı: 1816