Çin Mərkəzi Bankı dövlət banklarına dollar alışını azaltmağı tapşırıb

Çin Mərkəzi Bankı ölkənin iri dövlət banklarına ABŞ dolları alışını azaltmağı tapşırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli və beynəlxalq KİV məlumat yayıb.
Bildirilir ki, dünyanın ən böyük valyuta ehtiyatlarına sahib olan Çin bu addımla qlobal miqyasda dollara olan tələbi azaltmağı hədəfləyir. Pekin ümid edir ki, digər ölkələr də bu istiqamətdə addım atacaq və nəticədə dolların dominant mövqeyi zəifləyəcək.
Ekspertlər bu qərarı Çin tərəfindən qlobal maliyyə sistemindəki asılılığı azaltmaq cəhdi kimi qiymətləndirirlər. Hazırda Çin təxminən 3.2 trilyon dollar dəyərində valyuta ehtiyatına malikdir.
Mədinə Cəlilova
22:05 10.04.2025
Oxunuş sayı: 1669