Türkiyə XİN: Ankara İran və ABŞ ilə əlaqə saxlayır

Türkiyənin xarici işlər naziri Hakan Fidan CNN Türk telekanalına verdiyi müsahibədə İran və ABŞ arasında mümkün danışıqlara dair açıqlama verib. O, Ankara’nın hər iki tərəflə əlaqə saxladığını bildirib.
“Türkiyə həm İran, həm də Amerika ilə əlaqə saxlayır… Hazırda onlara məsləhətim budur ki, tez bir zamanda görüşsünlər. Türkiyə bölgədə yeni bir münaqişə istəmir. Regionumuz buna tab gətirə bilməz və İrana qarşı hərbi əməliyyatların bölgədə qeyri-sabitliyi artırmaqdan başqa heç bir nəticəsi olmayacaq,” — deyə Fidan vurğulayıb.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir, ABŞ və İran arasında baş tuta biləcək görüşlərin gərginliyi azaltmaq üçün mühüm olduğunu qeyd edib və bildirib ki, “hər iki tərəfin danışıqlar zamanı həlledici mövqe nümayiş etdirəcəklərinə və güc tətbiqindən yayınacaqlarına ümid edir”.
Bu açıqlama, bölgədə artan gərginlik və mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqlar fonunda verilib.
Mədinə Cəlilova
21:00 10.04.2025
Oxunuş sayı: 1810