Dnepr şəhərinə Rusiyanın raket zərbəsi: bir nəfər həlak oldu, üç nəfər yaralandı


Ukraynanın Dnepr şəhərinə Rusiyanın raket zərbəsi nəticəsində 42 yaşlı bir kişi həlak olub, üç nəfər isə müxtəlif dərəcələrdə yaralanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, zərbə nəticəsində mülki obyektin ərazisində genişmiqyaslı yanğın baş verib və ətrafda ciddi dağıntılar meydana gəlib. Bölgə hərbi administrasiyasının rəhbəri Sergey Lısak, hadisənin ardından qeyd edib ki, yerli xilasetmə və yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hücumun təfərrüatları hələlik məlum deyil, lakin yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşməməsi üçün bütün tədbirləri görməkdədirlər.
Zəhra Məmmədova
20:37 10.04.2025
Oxunuş sayı: 2236