Belçika Konqo Demokratik Respublikasında öz qoşunlarını yerləşdiribmi?

Belçika hökuməti, Konqo Demokratik Respublikasının şərqindəki üsyançılara qarşı döyüşmək üçün qoşun göndərdiyi barədə yayılan xəbərləri təkzib edib. Sosial mediada yayılan məlumatlara görə, 300-400 Belçika əsgəri Konqo ordusu və milislərlə birlikdə M23 üsyançılarına qarşı döyüşəcəkdi. Bu xəbərlərin, Belçika və Ruanda arasında diplomatik gərginliyin artdığı bir dövrə təsadüf etdiyi qeyd edilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot, yayılan iddiaları “qrotesk saxta xəbərlər” olaraq qiymətləndirib. O, martın 26-da sosial mediada etdiyi açıqlamada, Belçikanın Konqo ordusuna yalnız öldürücü olmayan təchizatla dəstək verdiyini və heç bir döyüş əməliyyatında iştirak etmədiyini bildirib. Prevot, Belçika qoşunlarının 6 nəfərdən ibarət olduğunu və onların yalnız Avropa dəstəyini təmin etmək üçün Kindudad olduğunu vurğulayıb.
Belçika hökuməti, Ruanda ilə əlaqədar artan gərginliyin, bu cür dezinformasiya kampaniyalarına səbəb olduğunu və Konqo Demokratik Respublikasında hər hansı bir əməliyyata qoşulmaq niyyətinin olmadığını açıqlayıb.
Fatimə Nəbiyeva
19:02 10.04.2025
Oxunuş sayı: 1836