Tiqran Dadunts: İrəvan Konstitusiyada dəyişiklik etməyi planlaşdırmır

Ermənistan Respublikasının Ədliyyə Nazirinin müavini Tiqran Dadunts jurnalistlərə bildirib ki, Ermənistan hakimiyyəti Konstitusiyanın preambulasında dəyişiklik edilməsini, o cümlədən Dağlıq Qarabağla birləşməyə dair bəndin yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını nəzərdən keçirmir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tiqran Dadunts həmçinin qeyd edib ki,bu məsələ hazırda gündəmdə deyil və hökumət Konstitusiyanın əsas müddəalarına toxunmağı planlaşdırmır. Onun sözlərinə görə, ictimaiyyətin bəzi təzyiqlərinə baxmayaraq, mövcud hüquqi baza qüvvədə qalacaq.
Zəhra Məmmədova
16:55 10.04.2025
Oxunuş sayı: 1471