Açarkut icma şurasının keçmiş üzvü: “Aprelin 15-dən sonra demarkasiya və qoşunun geri çəkilməsi olacaq”

“Hazırda Tavusda çoxdan başlayan müəyyən hazırlıq işləri gedir”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Açarkut icma şurasının keçmiş üzvü Karen Qazaryan deyib.
O qeyd edib ki, düzdür, qoşunlar eyni yerdə dayanıb, amma erməni tərəfi Voskepar-Bağanıs yolu boyunca tikanlı məftillər çəkir.
“Yəni qoşunlarımız təxminən 5-6 yüz metr geri çəkilməlidir. Anklav sayılan yuxarıdakı Voskepar hissəsini təhvil verməli olduqlarını nəzərə almasaq, bir az aşağıda, İcevan yolunun üstündə 2 kənd - Bərxudarlu, Sofulu var. Burada sırf hazırlıq işləri hələ yarımçıq qaldığı üçün demarkasiya deyilən işə başlanmayıb. Onlar başa çatdıracaq və minalardan təmizləməyə başlayacaqlar, mən özüm yanvarda məlumat almışam ki, aprelin 15-dən sonra demarkasiya və qoşunun geri çəkilməsi olacaq”, - deyə Qazaryan bildirib.
12:13 04.04.2025
Oxunuş sayı: 1592