Tramp: “Düşünürəm ki, İran birbaşa danışıqlar aparmaq istəyir”

“İran birbaşa danışıqlar aparmaq istəyir. Tehranla dialoq qura bilsək, daha yaxşı olar”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranla danışıqlar məsələsindən söz açaraq deyib.
İranın vasitəçilərdən istifadə etmək istəməsinə toxunan Tramp bildirib: “Artıq bunun doğru olmadığını düşünürəm. Məncə, narahatdırlar. Düşünürəm ki, onlar özlərini həssas hiss edirlər və belə hiss etmələrini istəmirəm”.
Tramp, eyni zamanda, müxbirin iranlıların məktubunun məzmunu barədə sualına “məktubları unut”, - deyib.
11:56 04.04.2025
Oxunuş sayı: 1633