Pentaqon Yaxın Şərqə ikinci aviadaşıyıcı gəmi göndərdiyini açıqladı

Pentaqon ABŞ müdafiə nazirinin əmri ilə bölgədəki ABŞ hərbi aviasiyasının gücləndirildiyini və ikinci təyyarədaşıyan gəmisinin Yaxın Şərqə doğru yola düşdüyünü bəyan edib.
Crossmedia.az xarici mənbələrə istinadən məsələ ilə bağlı məlumat verir.
Məlumata görə, daha öncə Pentaqonun sözçüsü Şan Parnel mətbuat konfransında “USS Carl Vinson” təyyarədaşıyan qrupunun Yaxın Şərqə gedəcəyini və “Harry S. Truman” donanmasına qoşulacağını bildirib.
“Əgər İran və ya onun proksi qüvvələri Amerika ekipajını və regiondakı maraqlarını təhdid edərsə, ABŞ xalqımızı müdafiə etmək üçün qəti addımlar atacaq", - deyə, sözçü vurğulayıb.
Nuray Mikayıllı
12:37 02.04.2025
Oxunuş sayı: 1771