Cənubi Koreyada dəhşətli yanğın: ölənlər var

Cənubi Koreyanın cənub-şərqində ölkə tarixinin ən dəhşətli meşə yanğını baş verib. Hadisə nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Bununla bağlı Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Meşə yanğınları nəticəsində 4.015 ev, 1.914 kənd təsərrüfatı və heyvandarlıq obyekti, 7 kilsə və 986 digər tikili zərər çəkib. 11 regionda təqribən 48 min hektar meşə sahəsi yanıb, 3.307 nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Nuray Mikayıllı
12:15 02.04.2025
Oxunuş sayı: 1774