Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda görüş keçirir

Bu gün Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi bildirib.
Məlumata görə, görüş Moskva vaxtı ilə saat 10:00-da The Ritz-Carlton otelində baş tutacaq.
Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
Bildirək ki, ABŞ tərəfdən görüşdə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi nümayəndənin köməkçiləri Kit Kelloq və Milli Təhlükəsizlik müşaviri Mayk Uolts iştirak edəcək.
Fatimə Məmmədova
11:25 24.03.2025
Oxunuş sayı: 2485