Ukrayna atəşkəs şəraitində vəziyyəti ələ almaq istəyir

"Ukrayna Rusiya tərəfindən mümkün təxribatların qarşısını almaq məqsədilə atəşkəsə nəzarət edəcək monitorinq qrupunun yaradılmasına başlayıb".
Crossmedia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa deyib.
O, bildirib ki, Ukrayna Rusiya tərəfindən mümkün təxribatların qarşısını almaq məqsədilə atəşkəsə nəzarət edəcək monitorinq qrupunun yaradılmasına başlayıb.
Nazirin sözlərinə görə, artıq milli komanda formalaşdırılmağa başlayıb və bu qrup atəşkəsin düzgün idarə olunması üçün lazımi alqoritmləri hazırlayacaq. Sibiga bu prosesin son dərəcə mürəkkəb olduğunu və Rusiya tərəfdən mümkün təxribatların qarşısını almaq üçün Ukraynanın tam hazır olması lazım gəldiyini vurğulayıb.
Nazir Minsk prosesindəki mənfi təcrübəni də xatırladıb. O bildirib ki, indiyə qədər 25 dəfə atəşkəs elan edilib, lakin onların hamısı Rusiya tərəfindən pozulub.
“Hazırda əsas məqsəd Ukrayna tərəfinin atəşkəsə nəzarət üçün müvafiq komandalarla, strategiyalarla və gələcək sülh razılaşmalarına dair planlarla tam hazır olmasıdır. Bu çərçivədə təhlükəsizlik zəmanətləri paketi də nəzərdən keçiriləcək”, – deyə Sibiga əlavə edib.
Bundan əvvəl Sibiqa Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarını “duman pərdəsi” adlandırıb və Moskvanın razılıq vermək əvəzinə yeni şərtlər irəli sürməklə müharibəni davam etdirmək niyyətində olduğunu bildirib.
Mədinə Cəlilova
15:30 14.03.2025
Oxunuş sayı: 2935